21 
Apr
2019
15:49
57
319
6334
Virtual karabakh

Şri-Lankadakı partlayışlarla əlaqədar 7 nəfər həbs olunub - YENİLƏNİB

21 Apr, 2019
15:49
6334

Şri-Lankadakı partlayışlarla əlaqədar 7 nəfər həbs olunub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şri-Lankada baş vermiş partlayışlarla əlaqədar 7 nəfər saxlanılıb.

Bu barədə RİA Novosti agentliyinin Şri-Lankanın nazirlərinin birinə istinadən yaydığı məlumatda deyilir.

13.56

Şri-Lankada gün ərzində sayca səkkizinci partlayış baş verib. 

News 1st portalının məlumatına görə, hadisə paytaxt Kolombonun Demataqoda rayonunda olub.

Qeyd edək ki, aprelin 21-də Şri-Lankada baş vermiş yeddi partlayış nəticəsində 187 nəfər ölüb, 500-dək adam yaralanıb. 

13.55

Şri-Lankada daha bir partlayış baş verib. 

Reuters-in məlumatına görə, zoopark yaxınlığında baş vermiş partlayış nəticəsində iki nəfər ölüb. 

Qeyd edək ki, bu, gün ərzində sayca yeddinci partlayışdır. 

Aprelin 21-də Şri-Lankada kilsə və otellərdə baş vermiş altı partlayış nəticəsində 185 nəfər ölüb, 500-dək adam yaralanıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri