21 
Apr
2019
20:00
172
312
12999
Virtual karabakh

Kılıçdaroğlu hücumdan danışdı: Geri addım atan deyiləm! - YENİLƏNİB + VİDEO

21 Apr, 2019
20:00
12999

Kılıçdaroğlu hücumdan danışdı: Geri addım atan deyiləm! - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ankarada Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfn mərasimində hücuma və fiziki zorakılığa məruz qalan Xalq Cümhuriyyət Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu hücumdan sonra tərəfdarlarına xitab edib. Türkiyənin ATV kanalının məlumatına görə, müxalifət lideri  hücumu Türkiyənin birliyinə vurulan zərbə kimi qiymətləndirib və geri addım atmayacağını dilə gətirib.

“Heç kim unutmasın ki, quruluş və qurtuluş partiyasının sədriyəm. Daha əvvəl PKK-çıların hücumuna məruz qalmışdım. Yenə eyni hücuma məruz qaldım. Geri addım atacağımı düşünürlər, lakin belə olmayacaq. Bu ölkə üçün canını verəcək biri varsa, o da Kamal Kılıçdaroğludur. Hücumu həyata keçirənlərin şəhidə hörməti yoxdur. Onlar müsəlman deyillər. Şəhidə hörmətsizlik edildi, doğru-düzgün cənazə namazı qılınmadı”, – deyə partiya sədri bildirib.

16:08

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu hücuma məruz qalıb.

NTV telekanalının məlumatına görə, hadisə Ankara ətrafındakı qəsəbələrin birində hərbçinin dəfn mərasimində baş verib.

Bildirilir ki, bir qrup şəxs Kılıçdaroğlunun ünvanına sərt ifadələr işlədib, aqressiv hərəkətlər edib, ona yaxınlaşmağa cəhd edib. Lakin partiya liderinin mühafizə xidməti hücum edənlərin kənara itələyə bilib, bundan sonra Kılıçdaroğlu çətinliklə olsa da avtomobilə əyləşib.  

Qeyd olunur ki, insident zamanı xəsarət alan olmayıb. Hazırda Kılıçdaroğlu polisin nəzarətində təhlükəsiz yerdədir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri