22 
Apr
2019
01:00
250
125
12879
Virtual karabakh

Gürcüstanda xüsusi təyinatlılarla toqquşmada 40 nəfər yaralanıb - YENİLƏNİB +VİDEO

22 Apr, 2019
01:00
12879

Gürcüstanda xüsusi təyinatlılarla toqquşmada 40 nəfər yaralanıb - YENİLƏNİB +VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda xüsusi təyinatlılarla Pankisi dərəsinin çeçen əhalisi arasında baş vermiş toqquşmada 40-dan çox insana tibbi yardım göstərilib. 30 nəfərin xəstəxanada müalicə aldığı bildirlir.

“Toqquşmalar zamanı xəsarət almış 30 nəfər Telavi Referal Klinikasında müalicə alır, onlardan 27 nəfər polis, bir nəfər jurnalist, 2 nəfər isə aksiya iştirakçısıdır”,- deyə klinikanın rəhbəri Xatuna Çoniaşvili media nümayəndələrinə bildirib.

Onun sözlərinə görə, yaralıların vəziyyəti stabildir, heç kimə cərrahi müdaxilə edilməyib.

Qeyd edək ki, toqquşmalara səbəb yerli əhalinin Alazan çayında su elektrik stansiyasının tikintisinə etiraz etmək məqsədi ilə keçirdiyi aksiya olub. Bu gün səhər etirazçılar xüsusi təyinatlılara daş atmağa başlayıblar. Əraziyə əlavə olaraq xüsusi təyinatlı qüvvələrin yeridilməsi vəziyyəti daha da gərginləşdirib. Yerli çeçenlər “Molotov kokteyli” ilə dolu şüşələri atmaqla, DİN-in zirehli avtomobillərini və tikinti texnikasını yandırıblar.

Bazar günü hadisə yerinə gəlmiş daxili işlər nazirir Georgi Qaxariya bildirib ki, bir saat davam edən danışıqlardan sonra müəyyən razılıq əldə edilib. Tikinti şirkəti əhaliylə məsləhətləşəcək. Sakinlərin 90 faizi razılıq versə SES-in tikintisi davam etdiriləcək. Nazirin sözlərinə görə, xüsusi təyinatlılar ərazini tərk etsə də, polis nəzarəti davam etdiriləcək.

21 aprel.18:03

Gürcüstanda xüsusi təyinatlılarla Pankisi dərəsinin çeçen əhalisi arasında toqquşmalar olub.

Bu barədə “İnterfaks”ın yaydığı məlumatda deyilir.

Bildirilir ki, toqquşmalara səbəb yerli əhalinin Alazan çayında su elektrik stansiyasının tikintisinə etiraz etmək məqsədi ilə keçirdiyi aksiya olub. Əraziyə əlavə olaraq xüsusi təyinatlı qüvvələrin yeridilməsi vəziyyəti daha da gərginləşdirib.

Bu gün səhər etirazçılar xüsusi təyinatlılara daş atmağa başlayıblar. Buna cavab olaraq onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunub. Həm aksiya iştirakçıları, həm də polis əməkdaşları arasında yaralananlar var.

Qeyd olunur ki, yerli çeçenlər “Molotov kokteyli” ilə dolu şüşələri atmaqla, DİN-in zirehli avtomobillərini və tikinti texnikasını yandırıblar. Xüsusi təyinatlıların hələlik geri çəkildiyi, etirazçıların isə daş yığdığı bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri