22 
Apr
2019
17:39
23
226
2487
Virtual karabakh

Türkiyənin Sürixdəki baş konsulluğuna hücum: üç nəfər həbs edildi

22 Apr, 2019
17:39
2487

Türkiyənin Sürixdəki baş konsulluğuna hücum: üç nəfər həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İsveçrənin Sürix baş konsulluğuna naməlum şəxslər hücum edib. 

İnternethaber.com portalının məlumatına görə, hücum zamanı həmin şəxslər “Molotov kokteyli” atıblar. 

Polis hücumda şübhəli bilinən üç nəfəri həbs edib. 

Baş konsul Asiyə Nurcan İpəkçinin sözlərinə görə, hadisə yerli vaxtla 02:51-də (Bakı vaxtı ilə 04:51-də) baş verib. O bildirib ki, atılan iki şüşədən biri yanmayıb, digəri isə dəmir barmaqlıqlara dəyərək yerə düşüb, buna görə də konsulluq binasına zərər dəyməyib. 

Qeyd edək ki, bu, Türkiyənin Sürix baş konsulluğuna son iki il yarımda edilən altıncı hücumdur.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri