May
2019
12:48
49
306
2512
Virtual karabakh

ABŞ “Müsəlman qardaşlığı”nı terrorçu qruplaşma elan edəcək

1 May, 2019
12:48
2512

ABŞ “Müsəlman qardaşlığı”nı terrorçu qruplaşma elan edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Trampın administrasiyası “Müsəlman qardaşlığı” hərəkatını terrorçu qruplaşmalar siyahısına daxil etməyə hazırlaşır.

BBC-nin məlumatına görə, bu haqda Ağ Ev bəyanat yayıb.

Müvafiq sənədin imzalanmasından sonra Misirin ən qədim İslam hərəkatına qarşı iqtisadi və səyahət sanksiyaları tətbiq olunacaq. Hərəkatın Yaxın Şərqdə bir milyondan çox üzvü var.

Qeyd edək ki, Ağ Ev bu planı açıqlamazdan bir neçə həftə əvvəl, Misir prezidenti Əbdülfəttah Əs-Sissi Vaşinqtona səfər edərək, bir sıra beynəlxalq və regional məsələlər, o cümlədən, terrora qarşı mübarizə ilə bağlı Donald Trampla müzakirələr aparmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri