May
2019
10:30
63
93
2132
Virtual karabakh

Tokayev rəsmən prezidentliyə namizəd oldu

3 May, 2019
10:30
2132

Tokayev rəsmən prezidentliyə namizəd oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası ölkənin müvəqqəti başçısı Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini qeydiyyata alıb.

Bu haqda Tengrinews.kz yazır.

Tokayev bununla da Qazaxıstanda prezidentliyə ilk rəsmi namizəd olub.

Namizədliyin qeydiyyata alınması üçün onun bütün lazımi sənədləri təqdim etdiyi, ümumilikdə Qazaxıstanın 17 bölgəsindən 313 653 imzanın toplandığı bildirilir.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Nur Otan partiyasının qurultayında Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyinin irəli sürülməsini təklif etmişdi. Onun təklifi səsvermədə yekdilliklə qəbul olunmuşdu.

Qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri