May
2019
15:22
293
206
7551
Virtual karabakh

Ərdoğan İstanbulu müxalifətin əlindən alacaq?

5 May, 2019
15:22
7551

Ərdoğan İstanbulu müxalifətin əlindən alacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Türkiyə Mərkəzi Seçki Komissiyası İstanbul bələdiyyə sədri postuna seçkilərin yekun nəticələri ilə bağlı toplantı keçirəcək. 

Oxu.Az xəbər verir ki, toplantıda hakim partiyanın səsvermə zamanı yer alan pozuntular barədə müraciətinə və seçki nəticələrinin ləğvinə dair tələbinə baxılacaq. 

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda iş adamları ilə görüşdə çıxışı zamanı İstanbuldakı səsvermənin nəticələrinin şübhə doğurduğunu bildirib və yeni seçki keçirməyi tələb edib. O, MSK-nı ziddiyyətləri aradan qaldıracaq və İstanbulun adını təmizləyəcək qərar verməyə çağırıb. 

Ekspertlərin bir qismi hesab edir ki, Ərdoğanın MSK-nın iclasına iki gün qalmış belə bir bəyanatla çıxış etməsi təsadüfi deyil. Onların fikrincə, MSK İstanbuldakı seçkilərin nəticələrini ləğv edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri