May
2019
14:15
17
306
4804
Virtual karabakh

Koçaryanın xeyrinə qərar çıxarıldı

7 May, 2019
14:15
4804

Koçaryanın xeyrinə qərar çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Konstitusiya Məhkəməsi dəmir barmaqlıqlar arxasında olan keçmiş prezident Robert Koçaryanın xeyrinə qərar çıxarıb.

RİA Novosti”nin məlumatına görə, bu barədə keçmiş erməni liderin vəkillərinin mətbuat xidməti məlumat yayıb.

“Konstitusiya Məhkəməsinin qərarına əsasən, kassasiya məhkəməsi həbs olunma ilə bağlı şikayəti yenidən baxması üçün aşağı instansiya məhkəməsinə yönləndirə bilməz, yekun qərarı kassasiya məhkəməsi çıxarmalıdır”, - deyə vəkillər “Facebook”da yazıblar.

Konstitusiya Məhkəməsi qət edib ki, yeni ortaya çıxan hallarla əlaqədar məhkəmə aktına yenidən baxılmalıdır.

Xatırladaq ki, Ermənistanın xüsusi istintaq xidməti 1 mart 2008-ci ildə keçirilmiş aksiyanın dağıdılması ilə bağlı cinayət işi üzrə iyulun 26-da (2018) keçmiş prezidentə qarşı rəsmi ittiham irəli sürüb. O, iki ay müddətinə həbs olunub.

Koçaryanın müdafiə qrupu həbs qərarı barədə Apellyasiya Məhkəməsinə şikayət edib. Apellyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlıq hüququnu əsas gətirərək, aşağı instansiya məhkəməsinin qərarını ləğv etsə də, sonradan kassasiya məhkəməsi işə yenidən baxılması üçün onu aşağı instansiya məhkəməsinə yönləndirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri