May
2019
10:59
68
90
2177
Virtual karabakh

İran nüvə sazişi üzrə öhdəliklərini qismən dayandırdı

8 May, 2019
10:59
2177

İran nüvə sazişi üzrə öhdəliklərini qismən dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Tehran 2015-ci ildə 5+1 qrupu ilə Vyanada bağlanmış nüvə sazişi üzrə bəzi öhdəliklərinin icrasını dayandırdığını elan edib. Bu barədə Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və Çinin İrandakı səfirləri məlumatlandırılıb.

Bu barədə “Reuters” İranın dövlət teleradio şirkətinə istinadən məlumat verir.

Söhbət uranın və ağır suyun zənginləşdirilməsindən gedir.

Məlumata görə, prezident Həsən Ruhaninin bununla bağlı məktubu artıq sazişdə iştirak edən və ona sadiq qalan dövlətlərin diplomatik nümayəndəliklərinə göndərilib. Adresatlar arasında ABŞ-ın yer almaması, Vaşinqtonun ötən ilin may ayında birtərəfli olaraq sazişdən çıxması ilə əlaqədardır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri