11 
May
2019
04:41
29
283
9161
yuxarı
Norveçli turisti xilas etdiyi küçük öldürdü
11 May, 2019
04:41
9161
29
283
Norveçli turisti xilas etdiyi küçük öldürdü
Norveçli turist Birqitta Kallestadı istirahət zamanı xilas etdiyi küçük dişləyib. Gənc qız daha sonra quduzluqdan ölüb.
Daily Mail-in məlumatına əsasən, 24 yaşlı qız bu ilin mart ayında Filippinə istirahətə yollanıb və küçələrin birində kimsəsiz küçük tapıb.
Birqitta həmin vaxt yoldaşları ilə mopeddə gedirdi və küçüyü özü ilə götürmək qərarına gəlib.
Bu zaman it onu yüngülcə dişləyib. Yaralar dərin olmadığı üçün qız həkimə müraciət etmədən, yaranı özü təmizləyib.
Evə qayıtdıqdan iki ay sonra isə Birqitta özünü pis hiss etməyə başlayıb, vəziyyəti tədricən ağırlaşıb. Xəstəxanaya çatdırıldıqdan sonra, həkimlər qızda quduzluq xəstəliyi aşkar ediblər. Mayın 6-da isə qız dünyasını dəyişib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
6 
May
2024
06:21
Türkiyə XİN: “İsrail və İran arasındakı gərginlik müharibənin xəbərçisi olacaq”
30
7
412
6 
May
2024
05:41
Britaniyalı nüvə bunkeri inşa etdi: İndi orada 50-dən çox şəxs yaşayır - FOTO
5
23
651