16 
May
2019
11:58
56
372
7745
Virtual karabakh

ABŞ konqresi Ankaraya qarşı qətnamə qəbul edib - YENİLƏNİB

16 May, 2019
11:58
7745

ABŞ konqresi Ankaraya qarşı qətnamə qəbul edib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresi Türkiyəni Rusiyanın “S-400” zenit-raket komplekslərini almasından daşındırmaq üçün Ankaraya yeni təzyiqlər göstərməyə hazırlaşır.

The New York Times”ın yazdığına görə, Nümayəndələr Palatasından olan demokratlar və respublikaçı konqresmenlər Ankaranı Moskva ilə sövdələşmədən imtina etməyə çağırıb.

Qəbul olunmuş tövsiyə xarakterli qətnamədə, Nümayəndələr Palatasının üzvləri Rəcəb Tayyip Ərdoğanı ABŞ-Türkiyə tərəfdaşlığına və Türkiyənin NATO-dakı roluna ziyan vura biləcək hərbi əməkdaşlığa (Moskva ilə - red.) son qoymağa səsləyib.

Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyənin Rusiya ilə əməkdaşlığı qurban verməyəcəyini və zenit-raket komplekslərinin ölkəyə gətirilməsini ertələmək fikrində olmadıqlarını bildirib.

06:32

ABŞ-ın konqresmenlər qrupu Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi haqqında qətnaməni Nümayəndələr Palatasının baxılması üçün təqdim edib.

TASS xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komitəsinin mətbuat xidməti bildirib.

Qətnamə “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə əks təsir haqqında” qanun çərçivəsində “sanksiyaların tam tətbiqi”, həmçinin Türkiyənin F-35 beşinci nəsil qırıcı-bombardmançısının yaradılması proqramından çıxarılması çağırışlarını özündə əks etdirib.

Bu qətnamə Rusiyadan C-400 zentik-raket sistemi alacağı təqdirdə Türkiyəyə qarşı tətbiq oluna bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri