20 
May
2019
08:30
167
23
3660
Virtual karabakh

“Con Uik 3” kinoteatrlarda ən çox baxılan filmə çevrildi

20 May, 2019
08:30
3660

“Con Uik 3” kinoteatrlarda ən çox baxılan filmə çevrildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük ekranalara çıxmış “Con Uik 3” kəskin sujetli döyüş filmi nümayiş olunduğu ilk həftə sonu ərzində 100 milyona yaxın kassa gəliri götürüb.

Associated Press” yazır ki, şənbə və bazar günləri ərzində Kianu Rivzin baş rolda oynadığı saqanın üçüncü epizodu istehsalçılara ölkədaxili kinoteatrlardan 57 milyon dollar qazandırıb. Bütün dünya üzrə gəlirlər isə 100 milyon dollara yaxınlaşır.

“Con Uik 3”  son həftəsonu mütləq rekordçu “Qisasçılar.Final”ı da kassa gəlirləri baxımından üstələyib. Belə ki, fantastik ekşn filmi geridə qoyduğumuz “uikend”də cəmi 29,4 milyon dollar gəlir götürüb.

Xatırladaq ki, “Qisasçılar. Final” filmi ilk həftəsonu ərzində 157 milyon dollar gəlir götürərək, mütləq rekordçuya çevrilib. Aprelin 29-dan bəri dünya kinoteatrlarında filmin qazancı artıq 2,6 milyard dolları ötüb. Film “Avatar”ın (2,8 milyard) rekordunu təzələməyə yaxındır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri