24 
May
2019
09:29
151
17
5366
Virtual karabakh

Dünyanın ən uzun dəmiryolu xətti fəaliyyətə başladı

24 May, 2019
09:29
5366

Dünyanın ən uzun dəmiryolu xətti fəaliyyətə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cümə axşamı Transsibir magistralı ilə Yaponiyadan Polşaya ilk transit konteyneri nəql olunub.

Bu barədə Rusiyanın Nəqliyyat nazirinin müavini Vladimir Tokaryov “RİA Novosti”yə açıqlama verib.

“Ötən gün Yaponiyadan Polşaya ilk transit konteyneri göndərdik. Bu, ilk daimi, sınaq konteyneridir. Ümid edirəm ki, yapon iş adamlarının marağına səbəb olacağıq, onlar Transsibirin rəqabətədavamlı olduğunu və onunla yüklərin daşınmasının daha tez, ucuz, rahat və təhlükəsiz başa gəldiyini görəcəklər”, - deyə nazir müavini bildirib.

Transsibir magistralı (Transsib) dünyanın ən uzun dəmiryolu xətti sayılır, uzunluğu 9288,2 km təşkil edir. Xəttin yük buraxıcılıq qabiliyyəti ilə 100 milyon tondur. Magistral tam yüklənəcəyi təqdirdə Çinin “Bir kəmər - bir yol” layihəsinə alternativ ola bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri