27 
May
2019
02:35
14
230
2152
Virtual karabakh

Konqoda gəmi batıb - 30 nəfər ölüb

27 May, 2019
02:35
2152

Konqoda gəmi batıb - 30 nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konqo Demokratik Respublikasının qərb regionunda yerləşən Mai-Ndombe gölündə gəminin qəzaya uğrayaraq batması nəticəsində azı 30 nəfər həyatını itirib.

TASS xəbər verir ki, qəza nəticəsində bir neçə yüz insan itkin düşüb.

İnonqo şəhərinin meri Saymon Vembanın sözlərinə görə, sərnişin gəmisi göldə çevrilərək batıb. O bildirib ki, gəmidən onların əksəriyyəti maaş almaq üçün gölün o biri tayına yollanan məktəb müəllimləri olub.

Qəza zamanı 80-dən çox sərnişinin həyatını xilas etmək mümkün olub, iki yüz nəfərə yaxın insan itkin düşmüş hesab edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri