İyn
2019
08:44
24
133
3774
Virtual karabakh

Rusiyada keçmiş kəşfiyyatçını öldürənlər Ermənistana qaçıb - İDDİA

4 İyn, 2019
08:44
3774

Rusiyada keçmiş kəşfiyyatçını öldürənlər Ermənistana qaçıb - İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş yefreytoru Nikita Belyankinin Moskvaətrafı Putilkovo qəsəbəsində ermənilər tərəfindən döyülərək öldürüldüyü məlum olub.

Mərhumun atası Aleksey Belyankin bildirib ki, kəşfiyatçının olümündə təqsirləndirilən bir nəfər artıq tutulub.

Onun sözlərinə görə, İstintaq Komitəsi digər təqsirləndirilənlərin şəxsiyyətini dəqiqləşdirib.

“Bu işdə olanların çoxu Ermənistana gedib. Mənə bildiriblər ki, Ermənistan onların hər birini təhvil verəcək”, - deyə Belyankin qeyd edib.

Xatırladaq ki, iyunun 1-də, saat 23:30 radələrində Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O, hadisə yerində keçinib. Belyankini öldürən şəxsin Ermənistan vətəndaşı Qriqor Ohanyan olduğu müəyyənləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri