İyn
2019
05:54
536
37
7177
Virtual karabakh

Saakaşvili Ukrayna siyasətinə qayıdır

9 İyn, 2019
05:54
7177

Saakaşvili Ukrayna siyasətinə qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili “Yeni qüvvələrin hərəkatı” partiyası ilə birlikdə Ukraynada parlament seçkilərində iştirak edəcək. Siyasətçi belə bir qərarı verməyini “Vladimir Zelenskinin prezident seçilməsi ilə başlanan yeni dalğanı dəstələmək” istəyi ilə izah edib.

“Bu köhnə siyasətçilərə, köhnə partiyalara baxaraq, bu rüşvətxorlara, onların əksəriyyətinin öz adlarını hələ mənim tutularaq ölkədən çıxarıldığım bir dönəm olan il yarım bundan qabaqkından da betər batırmalarına baxaraq, biz qərara gəldik ki, seçkilərə qatılmaq lazımdır”, - deyə Saakaşvili “Facebook”-da bildirib.

Xatırladaq ki, Saakaşvili 2017-ci il iyulun 26-da Ukrayna vətəndaşlığından məhrum edilib. Bununla bağlı Ukraynanın o zamankı prezidenti Petro Poroşenko fərman imzalayıb. Cari ilin mayın 28-də isə ölkənin yeni prezidenti Vladimir Zelenski Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri