İyn
2019
23:13
35
247
3263
Virtual karabakh

Ekzitpol: Tokayev Qazaxıstan prezidenti seçkilərində liderdir

9 İyn, 2019
23:13
3263

Ekzitpol: Tokayev Qazaxıstan prezidenti seçkilərində liderdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev ölkə rəhbəri postu uğrunda keçirilən səsvermədə 69,94% səslə liderdir.

Lenta.ru xəbər verir ki, belə bir məlumat “Gənclik” elmi-tədqiqat mərkəzinin apardığı ekzitpol nəticəsində əldə olunub.

Bu nəticələrə əsasən, seçkilərdə ikinci yerdə 14,96% səslə Kosanov, üçüncü yerdə isə 4,78 faiz səslə Espayeva qərarlaşıb.

“İctimai rəy” institutunun elan etdiyi ekzitpol nəticələri isə Tokayevin 70,13% səslə seçkilərdə qələbə qazandığını göstərir.

Tokayev bu ilin mart ayının 20-dən prezident səlahiyyətlərini yerinə yetirir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri