11 
İyn
2019
16:42
318
25
4822
Virtual karabakh

Zelenski Poroşenkonun fərmanlarını ləğv edir

11 İyn, 2019
16:42
4822

Zelenski Poroşenkonun fərmanlarını ləğv edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Vladimir Zelenski sələfi Pyotr Poroşenkonun Andrey Vasilenko və Mixayıl İsakovun Ali Ədliyyə Şurasının üzvləri təyin olunması ilə bağlı imzaladığı fərmanları ləğv edib.

Müvafiq sənədlər Ukrayna hökumətinin rəsmi saytında dərc olunub.

Bundan başqa, Zelenski şuranın üzvlüyünə namizədlərin seçilməsi üçün açıq müsabiqənin keçirilməsi ilə bağlı fərman imzalayıb.

Qeyd edək ki, Ali Ədliyyə Şurası Ukraynada məhkəmə sisteminin müstəqilliyini təmin edir. Şuranın 21 üzvü olur. Dörd il müddətinə seçilən şura üzvünün heç bir siyasi partiya mənsubiyyəti ola bilməz.

Bundan başqa, o, hər hansı həmkarlar ittifaqının üzvü ola bilməz, hər hansı siyasi fəaliyyətdə iştirak edə, tədris, yaradıcı və elmi fəaliyyətdən savayı, digər ödənişli vəzifələr tuta bilməz.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri