14 
İyn
2019
17:31
54
319
7140
Virtual karabakh

Türkmənbaşı velosiped sürə-sürə atəş açdı - VİDEO

14 İyn, 2019
17:31
7140

Türkmənbaşı velosiped sürə-sürə atəş açdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hərbi təlimlərdə sərrast atıcılıq bacarıqlarını nümayiş etdirib. O, velosiped sürə-sürə tapança ilə hədəflərə atəş açıb.

Bu barədə “Neytralnıy Türkmənistan” adlı rusdilli hökumət qəzeti məlumat yayıb.

Türkmən lider öz məharətini təlim-tədris mərkəzində keçirilən hərbi manevrlər zamanı ortaya qoyub. Nəşrin yazdığına görə, Q.Berdiməhəmmədov ordunun hərbi hazırlıq səviyyəsini qəfil yoxlamaq üçün müvafiq bölmələrin operativ şəkildə döyüşə hazır vəziyyətinə gətirilməsini əmr edib və həyəcan siqnalı səslənib.

Türkmənbaşı hərbi təlimləri seyr etdikdən sonra velosipedə oturub və əlinə tapança alaraq yolun yaxınlığında qurulmuş üç hədəfə atəş açıb. Qəzet hər üç güllənin hədəfə tuş gəldiyini deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri