15 
İyn
2019
02:51
102
47
4423
Virtual karabakh

Dünyanın ən nəhəng təyyarəsi 400 milyon dollara satılır

15 İyn, 2019
02:51
4423

Dünyanın ən nəhəng təyyarəsi 400 milyon dollara satılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Raket daşıyıcıların hava startı üçün nəzərdə tutulan eksperimental təyyarə-katamaran “Stratolaunch” 400 milyon dollara satışa çıxarılıb.

Bu barədə Oxu.AzCNBC”-ə istinadən xəbər verir.

Nəşrin məlumatına əsasən, təyyarəni yaxın zamanlaradək “Microsoft” şirkətinin banilərindən biri olan Pol Allenə (2018-ci ildə 65 yaşında xərçəngdən dünyasını dəyişib) məxsus investisiya konqlomeratı “Vulcan” satışa çıxarıb. Qeyd edilən məbləğə yalnız təyyarənin özü deyil, eləcə də əqli mülkiyyət hüququ, anqarlar və onunla bağlı digər obyektlər daxildir.

“Stratolaunch Systems” şirkəti tərəfindən verilən məlumata görə, dünyanın ən nəhəng təyyarəsi sayılan “Stratolaunch”ın ilk sınaq uçuşu cari ilin aprelində Moxave (Kaliforniya) səhrası üzərində baş tutmuşdu. O, sürətini 304,17 km/s-ə kimi artıraraq 5 km hündürlüyə qalxa bilmişdi. 

Şirkətin saytnda yerləşdirilən məlumatda bildirilir ki, təyyarə 117 metr uzunluğa malik ümumi qanadla birləşdirilən iki 73 metrlik füzelyajdan ibarətdir. Bu, Amerika futbolu oyunu üçün nəzərdə tutulan meydandan böyükdür. Təyyarə “Pratt&Whitney” istehsallı altı mühərriklə təchiz olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri