15 
İyn
2019
06:41
89
32
4304
Virtual karabakh

G20 sammitinə 25 mindən çox polis nəzarət edəcək

15 İyn, 2019
06:41
4304

G20 sammitinə 25 mindən çox polis nəzarət edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın Osaka şəhərində iyunun 28-29-da keçiriləcək “Böyük iyirmilik” ölkələrinin sammitində 25 mindən artıq polis təhlükəsizliyi təmin edəcək. 

TASS məlumat verir ki, antiterror əməliyyatlarının aparılması və kütləvi iğtişaşların yatırılması üçün hazırlıq görmüş xüsusi təyinatlı döyüşçülər də daxil olmaqla Osakaya artıq Yaponiyanın hər yerindən polislər cəlb olunub.

Osakada sammit zamanı nəqliyyatın hərəkətinə də məhdudiyyət qoyulacağı gözlənilir.

Təşkilatçıların hesablamalarına görə, “G20”yin liderlərinin görüşü müddətində şəhərə nümayəndə heyətlərinin üzvləri və jurnalistlər də daxil olmaqla 30 min nəfər gələcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri