16 
İyn
2019
13:28
452
69
10154
Virtual karabakh

Ərdoğan: Tüpürdüyümüzü yalaya bilmərik

16 İyn, 2019
13:28
10154

Ərdoğan: Tüpürdüyümüzü yalaya bilmərik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyadan S-400 zenit-raket kompleksinin alışı ilə bağlı razılaşma pozulmayacaq.

Habertürk” xəbər verir ki, bunu Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısından qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə deyib.

Prezident bildirib ki, S-400 məsələsi artıq bitib, hər hansı dönüş ola bilməz:

“Tüpürdüyümüzü yalamaq dövlət tərbiyəsinə, bir dövlət adamı kimi mənə də yaraşmaz. Belə bir şey edə bilmərik. Düşünürəm ki, iyul ayının ilk yarısında S-400 komplekslərinin tədarükünə başlanılacaq. Bu məsələdə qərarımız qətidir. Türkiyə qəsəbə dövləti deyil”.

ABŞ-dan F-35 qırıcılarının alışına gəlincə, Ərdoğan Türkiyənin üzərinə düşəni etdiyini bildirib:

“İndiyə qədər 1 milyard 250 milyon dollar ödəniş etmişik. Dörd ədəd F-35 təyyarəsini təhvil aldıq. İndi onlar Arizonadadır. Generalımızı göndərdik, pilotlar da orada təlim keçirdilər. Amma təyyarələri göndərmək vaxtı yetişəndə təəssüf ki, ABŞ tərəfi yanlış addımlar atdı. Bir müddət səbr edəcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri