18 
İyn
2019
20:35
41
252
5110
Virtual karabakh

Yaponiyada güclü zəlzələdən sonra sunami xəbərdarlığı

18 İyn, 2019
20:35
5110

Yaponiyada güclü zəlzələdən sonra sunami xəbərdarlığı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada 6,8 bal gücündə zəlzələdən sonra ölkənin Meteoroloji Xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib.

İnterfax-ın məlumatına görə, əhali ölkənin şimal hissəsində yerləşən Niiqata, Yamaqata və İsikava prefekturalarından təxliyyə olunur. Təxliyyə barədə qərar bu gün baş vermiş zəlzələdən sonra qəbul edilib.

Meteoroloji Xidmət İsikava istisna olmaqla adıçəkilən ərazilərin mütləq yüksək dalğaların hücumuna məruz qalacağını bildirib. Lakin proqnozlara əsasən, ciddi dağıntılar və təhlükə gözlənilmir.

Bu gün Bakı vaxtı ilə saat 17:22-də baş vermiş zəlzələnin episentri 10 kilometr dərinlikdə olub. Ölən və yaralananlar barədə hələ məlumat daxil olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri