20 
İyn
2019
07:47
118
72
2690
Virtual karabakh

Tramp G20 sammitində Putinlə görüşəcək

20 İyn, 2019
07:47
2690

Tramp G20 sammitində Putinlə görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Tramp G20 sammitində rusiyalı həmkarı Vladimir Putin və Çin sədri Si Cinpinlə görüşəcəyini təsdiq edib.

“RİA Novosti” xəbər verir ki, bunu Ağ Evin başçısı “Fox News”a müsahibəsində deyib.

“Mən Rusiya ilə münasibətləri yoluna qoymaq istəyirəm və düşünürəm ki, belə də olacaq. Mən Çin ilə də yola getmək istəyirəm və bunu da düşünürəm. Mən gələn həftə Yaponiyada keçiriləcək G20 sammitində onların hər ikisi ilə görüşəcəyəm”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin güclü ölkələrdir və onlarla yaxşı münasibət qurmaq gərəkdir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri