20 
İyn
2019
09:15
356
70
7606
Virtual karabakh

İrandan iddia: ABŞ-ın pilotsuz aparatı vurulub - YENİLƏNİB + FOTO

20 İyn, 2019
09:15
7606

İrandan iddia: ABŞ-ın pilotsuz aparatı vurulub - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın hava məkanında Birləşmiş Ştatlara aid hərbi dronun vurulması xəbərini təkzib edib.

Bu barədə “RİA Novosti” “Associated Press”ə istinadən məlumat yayıb.

“İranın hava məkanına ABŞ-a aid heç bir pilotsuz uçan aparat daxil olmayıb”, - deyə CENTCOM nümayəndəsi kapitanı Bill Urban bildirib.

08:29

İran ABŞ-a məxsus “Global Hawk” kəşfiyyatçı pilotsuz uçuş aparatını vurub.

“RİA Novosti” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ABŞ-a məxsus “Global Hawk” pilotsuz uçuş aparatı İranın hava sərhədlərini pozduqdan sonra Hormozqan əyalətində İİKK-nin Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

ABŞ hələlik xəbəri təsdiq etməyib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri