20 
İyn
2019
22:35
165
67
4678
Virtual karabakh

Gürcüstan parlament sədrinin istefa xəbəri yalan çıxdı: Bakı səfəri davam edir - YENİLƏNİB

20 İyn, 2019
22:35
4678

Gürcüstan parlament sədrinin istefa xəbəri yalan çıxdı: Bakı səfəri davam edir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin Bakıda rəsmi səfəri davam edir və onun səfər proqramına heç bir dəyişiklik edilməyib. 

İnterPressNews saytı xəbər verir ki, bu barədə parlament spikerinin kabinetindən məlumat verilib. 

Bildirilib ki, İ.Kobaxidzenin sabah Prezident İlham Əliyevlə görüşü planlaşdırılır. Parlament sədrinin səfər proqramında göstərildiyi kimi, o, iyunun 22-də Gürcüstana qayıdacaq.

21:17

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisidə baş verən hadisələrlə əlaqədar Azərbaycana səfərini yarımçıq qoyaraq, Gürcüstana qayıdıb.

 “Georgia Online” xəbər verir ki, o, Tbilisiyə qayıdan kimi istefa haqda bəyanat verəcək. İstefa ilə bağlı qərarın artıq qəbul edildiyi bildirilir.

Bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Dünyanın 25 ölkəsindən 100-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə yaşanmış bu protokol səhvinə görə, ictimaiyyət nümayəndələri və siyasətçilər Kobaxidzenin istefa verməsini tələb ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri