22 
İyn
2019
06:11
69
25
1867
Virtual karabakh

Mark Esper Pentaqonun rəhbəri ola bilər

22 İyn, 2019
06:11
1867

Mark Esper Pentaqonun rəhbəri ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri postuna hazırda Quru Qoşunları rəhbəri olan Mark Esperin namizədliyini irəli sürmək istədiyini bildirib. 

Bu barədə ABŞ liderinin Ağ Ev tərəfindən yayılmış bəyanatında deyilir. 

“Bu gün ABŞ Prezidenti Donald Tramp aşağıda adları çəkilən şəxsləri öz administrasiyasında əsas vəzifələrə təyin etməyi planlaşdırdığını bildirib”, - mətndə deyilir.

Bəyanata əsasən, Pentaqonun rəhbəri postuna M.Esper, müdafiə nazirinin müavini vəzifəsinə Devid Nokrvist, Quru Qoşunları başçısı postuna isə Rayan Makkartinin namizədliyi irəli sürüləcək.

Qeyd edək ki, D.Tramp bu həftənin çərşənbə axşamı öz “Twitter” hesabında Patrik Şanahanın ABŞ müdafiə naziri postuna namizədliyini geri götürdüyünü, onun əvəzinə Pentaqon rəhbəri vəzifəsini Mark Esperin icra edəcəyini bildirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri