23 
İyn
2019
08:22
27
107
2552
Virtual karabakh

“Queen”in gitaraçısını ağ saçlarına görə tanımadılar

23 İyn, 2019
08:22
2552

“Queen”in gitaraçısını ağ saçlarına görə tanımadılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın əfsanəvi rok qrupu olan “Queen”in gitaraçısı Brayan Meyi pasport yoxlanışında ağ saçlarına görə tanımayıblar.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Musiqiçinin sözlərinə görə, hava limanının sərhəd xidmətinin əməkdaşı Meyin pasportuna baxaraq, onun şəkildəki insana oxşamadığını deyib.

“Şəkildəki insanın saçları qaradır, sizinlə heç bir oxşarlığı yoxdur”, - sərhədçi deyib. 

Gitaraçı isə özünü itirməyərək, dərhal cavab verib:

“Bu, bizim hamımızın başına gələcək, bəxtiniz gətirsə, elə sizin də”.

Qeyd edək ki, bir müddət öncə “Queen” qrupunun üzvlərinin sərvəti hesablanıb. Məlum olub ki, onlar Britaniya kraliçası II Yelizavetadan zəngindirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri