26 
İyn
2019
14:31
33
348
4519
yuxarı
Rusiyada azərbaycanlı iş adamı qarət edildi: oğru da həmyerlimiz çıxdı
26 İyn, 2019
14:31
4519
33
348
Rusiyada azərbaycanlı iş adamı qarət edildi: oğru da həmyerlimiz çıxdı
Sankt-Peterburq hüquq-mühafizə orqanları 59 yaşlı azərbaycanlı iş adamını qarət edən şəxsi saxlayıblar.
“Nova today”in xəbərinə görə, qarət olunmuş azərbaycanlı iyunun 23-də gecəni “Yapon mətbəxi” restoranında yaxşı tanımadığı yerlisi ilə keçirib.
Onlar birlikdə alkoqol qəbul ediblər. Sahibkar yerli vaxtla saat 03:30 radələrində (Bakı vaxtı ilə 04:30 – red.) restoranı tərk edərkən pul, mobil telefon və qızıl üzüyünü itirdiyinin fərqinə varıb.
Dəymiş zərərin ümumi məbləği təqribən 2,5 milyon rubl (təqribən 68 min manat – red.) təşkil edib.
Şübhəlini oğurlanan telefonun köməyi ilə müəyyənləşdirmək mümkün olub. Məlum olub ki, o, Azərbaycandan gəlmiş 40 yaşlı işsizdir. Şübhəli iyunun 25-də saxlanılıb.
Fakt üzrə araşdırma davam edir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
26 
Apr
2024
20:08
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
130
62
1362
26 
Apr
2024
18:20
Rusiyada 14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
7
83
1187