27 
İyn
2019
10:18
254
69
7626
Virtual karabakh

Azərbaycanlının milyonluq saatı oğurlandı

27 İyn, 2019
10:18
7626

Azərbaycanlının milyonluq saatı oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin milyon funt sterlinq dəyərində saatı oğurlanıb.

Daily Mail” xəbər verir ki, qarətçi azərbaycanlıya bir neçə zərbə vurduqdan sonra onun “Richard Mille 50-03 McLaren F1” xronoqrafını zorla əlindən alıb.

Hadisə saat sahibinin dostu ilə İbiza şəhərinin sahilində günorta saatlarında gəzərkən baş verib.

O, oğurluq barədə dərhal polisə məlumat verib.

Qeyd edək ki, “Richard Mille” saatları dünyada ən bahalı saatlardan biridir. Bu saatlar çox yüngül çəkiləri – 40 qramdan az – ilə fərqlənirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri