29 
İyn
2019
15:59
569
74
15992
Virtual karabakh

Şeyxin arvadı 31 milyonu götürüb Almaniyaya qaçdı - Diplomatik böhran

29 İyn, 2019
15:59
15992

Şeyxin arvadı 31 milyonu götürüb Almaniyaya qaçdı - Diplomatik böhran

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay şeyxi Məhəmməd ibn Rəşid əl-Maktumun həyat yoldaşı külli miqdarda pulu götürərək ölkəni tərk edib. 

The Sun” xəbər verir ki, şahzadə Həyya bint əl-Hüseyn bu ilin fevralından ictimaiyyətə görünməyib. 

Britaniya qəzeti yazır ki, o, 11 yaşlı qızını və 31 milyon funt sterlinqi (təxminən 39,4 milyon dolları) götürərək, Almaniyaya qaçıb.

Bildirilib ki, İordaniya Kralı II Abdullahın əmisi qızı olan 45 yaşlı şahzadə Almaniyadan sığınacaq istəyib və boşanma ərizəsi verib. 

Nəticədə BƏƏ və Almaniya arasında diplomatik böhran yaşanıb. Bəzi məlumatlara görə, 69 yaşlı BƏƏ-nin Baş naziri Berlindən qızı və arvadını geri qaytarmağı tələb edib, ancaq o, rədd cavabı alıb və hazırda Baş nazirin arvadı xüsusi mühafizə altındadır. 

Ötən il əl-Maktumun qızlarından birini - Şəms ibn Məhəmməd ibn Rəşid əl-Maktumu zorla Dubayda saxlaması ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, Baş nazirin qızı 19 yaşı olan zaman, yəni 2000-ci ildə Britaniyaya qaçmaq istəyərkən ələ keçmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri