İyl
2019
03:54
159
48
4666
Virtual karabakh

“Rustavi 2” kanalının direktoru söyüşə görə tamaşaçılardan üzr istədi

8 İyl, 2019
03:54
4666

“Rustavi 2” kanalının direktoru söyüşə görə tamaşaçılardan üzr istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı aparıcı Giorgi Qabuniyanın qalmaqala səbəb olan monoloquna görə tamaşaçılardan üzr istəyib.

Gürcüstan Online” xəbər verir ki, kanalın direktoru Nika Qvaramiya aparıcının hərəkətinin qəbuledilməz olduğunu bildirib.

Bəyanatda qeyd olunub ki, aparıcının hərəkəti “Rustavi 2”nin redaksiya siyasəti və kanalın yüksək standartlarına cavab vermir.

Yayımçı G.Qabuniya ilə bağlı müvafiq qərarın qəbul olunacağını qeyd edib.

Hazırda “Rustavi 2” kanalının ofisi yaxınlığında etiraz aksiyası davam edir.

Qeyd edək ki, “Rustavi 2” kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı G.Qabuniya Rusiya Prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri