15 
İyl
2019
11:20
16
403
6454
Virtual karabakh

Qazaxıstanda azərbaycanlı futbol meydançasında ağır yaralanıb öldü

15 İyl, 2019
11:20
6454

Qazaxıstanda azərbaycanlı futbol meydançasında ağır yaralanıb öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16 yaşlı azərbaycanlı Namiq Şirinov bu gün səhər saatlarında Qazaxıstanın Kostanay şəhərindəki uşaq xəstəxanasının reanimasiya şöbəsində vəfat edib.

Şəhərin akimi (başçısı) N.Şirinovun valideynlərinə baş çəkərək, onlara başsağlığı verib.

Uşağın valideynləri Namiqi Azərbaycanda dəfn etmək qərarına gəldiklərinə görə akimat (icra hakimiyyəti) onun öz Vətəninə daşınma xərclərini tam olaraq üzərinə götürüb.

Xatırladaq ki, iyunun 28-də Qazaxıstanda idman meydançasında futbol qapısı aşıb. N.Şirinov qapı dirəyinin altında qalaraq ağır xəsarət alıb.

Fakt üzrə Cinayət Məcəlləsinin “səhlənkarlıq” maddəsi üzrə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri