20 
İyl
2019
02:12
44
128
3370
Virtual karabakh

Məşhur rejissor Putinə görə qızını pravoslav edə bilər

20 İyl, 2019
02:12
3370

Məşhur rejissor Putinə görə qızını pravoslav edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı rejissor Oliver Stoun Rusiya prezidenti Vladimir Putin ilə müsahibəsi zamanı ondan qızının xaç atası olmağını xahiş edib.

Bu barədə Kremlin saytında bildirilir.

“Mən sizdən qızımın xaç atası olmağını xahiş edirəm”, - deyə Stoun Putinə müraciət edib.

Buna cavab olaraq, Rusiya prezidenti rejissorun qızının pravoslav olmaq istəyib-istəməməyi ilə maraqlanıb. Stoun isə öz növbəsində, onu pravoslav edəcəyini vurğulayıb.

Rejissor əlavə edib ki, qızının 22 yaşı var və o, xristian ənənələri ilə tərbiyə olunub.

Qeyd edək ki, Oliver Stoun amerikalı kinorejissor, ssenarist və prodüserdir. Onun ən tanınmış filmləri sırasında “Bölmə”, “Dörd iyulda doğulanlar”, “Con F.Kennedi. Dallasda atışma” və s. adlarını çəkmək olar. O, filmlərinə görə çoxlu sayda mükafata layiq görülüb, eləcə də üç “Oskar”a sahibdir.

Stoun ilk dəfə olaraq 2014-cü ilin noyabrında Putinin həqiqi simasını amerikalılara göstərmək üçün Rusiya prezidentindən müsahibə almağa hazırlaşdığını bildirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri