28 
İyl
2019
00:25
165
33
3827
Virtual karabakh

Sovet cizgi film qəhrəmanları 3D formatda

28 İyl, 2019
00:25
3827

Sovet cizgi film qəhrəmanları 3D formatda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Soyuzmultfilm"in rəssamları bir sıra məşhur cizgi filmlərinin bəzi personajlarının 3D modelini yaradıblar. 

"Ria Novosti" xəbər verir ki, studiyanın PR direktoru Anna Usaçeva belə deyib.

Bildirilib ki, heç bir yeni ekran əsərinin çəkilməsi planlaşdırılmır. 

Əvvəllər KİV-də "Çeburaşka" və "Tutuquşu Keşa" kimi cizgi filmlərinin 3D formatda təqdim ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Agentliyin təmsilçisi bildirib ki, "Soyuzmultfilm" 3D formatda cizgi filmlərinin istehsalını inkişaf etdirməyə çalışır.

Onun sözlərinə görə, məşhur qəhrəmanların modelləri marketinq məqsədilə yaradılıb.

Usaçova deyib ki, bu formatda yeni cizgi filmlərinin yaranmasından söhbət getmir, sadəcə olaraq, bu personajlar bütün animasiya texnologiyalarında təqdim olunacaqlar. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri