Avq
2019
05:00
99
50
6470
Virtual karabakh

Kianu Rivz yeni obrazı ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO

4 Avq, 2019
05:00
6470

Kianu Rivz yeni obrazı ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Hollivud aktyoru Kianu Rivzin irokezli, saqqallı və qarnı açıq şəkilləri yayılıb.

RİA Novosti” bildirir ki, ulduzun yeni obrazı pərəstişkarları tərəfindən bəyənilsə də, bəziləri aktyorun saçının və saqqalının həqiqi olmadığını düşünürlər.

Qeyd edək ki, aktyor “Bill və Tedin inanılmaz macəraları”  elmi-fantastik komediyasının 2020-ci ildə ekranlara çıxacaq üçüncü hissəsində çəkilir. Rivz komediyada Ted rolunu ifa edir.

“Bill və Tedin inanılmaz macəraları” komediyasının birinci hissəsi Kianu Rivzin iştirakı ilə 1989-cu ildə işıq üzü görüb.

Komediyanın “Bill və Tedin saxta səyahəti” adlı ikinci hissəsi isə 1991-ci ildə böyük ekranlara çıxıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri