Avq
2019
09:35
44
9
2518
Virtual karabakh

NATO üçün əsas təhlükələr - Baş katib açıqladı

6 Avq, 2019
09:35
2518

NATO üçün əsas təhlükələr - Baş katib açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük güclərin rəqabəti, terrorizm və kibercinayətlər NATO və onun müttəfiqlərinin qarşısında duran əsas çağırışlardır.

TASS xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Yeni Zelandiyaya səfəri çərçivəsində belə bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Rusiya və Çin kimi güclər arasında rəqabətin güclənməsi əsas təhlükədir.

Baş katib qeyd edib ki, Rusiyanın hərbi imkanlarının artması müəyyən edilmiş qaydaları təhlükə altına qoyur və qlobal üstünlüyü əldə etmək uğrunda mübarizənin göstəricisidir.

Yens Stoltenberq bildirib ki, NATO üçün ikinci qlobal çağırış terrorizmdir. O, kiberhücumlara da diqqət çəkib.

“Kiberhücumlar da digər hücumlar kimi təhlükəlidir”, - deyə Y.Stoltenberq əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri