Avq
2019
03:28
110
57
9467
Virtual karabakh

Qırğızıstan xüsusi təyinatlıları Atambayevin evini tuta bilmədi: ölən və yaralananlar var – VİDEO

8 Avq, 2019
03:28
9467

Qırğızıstan xüsusi təyinatlıları Atambayevin evini tuta bilmədi: ölən və yaralananlar var – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızsıtan Respublikasının xüsusi təyinatlıları sabiq prezident Almazbek Atambayevin Koy-Toş kəndindəki evinə hücum ediblər.

RİA Novosti” xəbər verir ki, A.Atambayevin 300-ə yaxın tərəfdarı onun evinin qarşısında barrikada quraraq xüsusi təyinatlılara mane olmaq istəyib.

Qarşıdurma nəticəsində 1 nəfər ölüb, 43 nəfər yaralanıb. Sabiq prezidenti ələ keçirmək mümkun olmayıb.

A.Atambayev çıxış edərək hadisənin baş verməsində ölkə rəhbərliyini günahlandırıb:
“Məni tutmağa “Alfa” antiterror dəstəsi göndərilib. Məyər biz terrorçuyuq? Bura dinc əhali gəlib, çoxu mənimlə şəkil çəkdirməkdən ötrü. Günahsız insanlar yaralanıb. Bu hazırkı rəhbərliyin qəddarlığını göstərir”.  

A.Atambayev 2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri