Avq
2019
04:13
113
178
2241
Virtual karabakh

Lüksemburqda marixuana tam leqallaşdırılacaq

9 Avq, 2019
04:13
2241

Lüksemburqda marixuana tam leqallaşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lüksemburq marixuananın tam leqallaşacağı ilk Avropa dövləti olacaq.

Oxu.Az-ın "The Guardian"-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə naziri Etyen Şnayder açıqlama verib. O, söyləyib ki, bu narkotik maddənin qadağan edilmiş statusu yalnız gənclərin ona marağını artırır.

Nəşrin məlumatına görə, ölkənin yalnız yetkin vətəndaşları marixuana əldə edə biləcəklər. Əcnəbilər və turistlər qanuni şəkildə marixuana əldə edə bilməyəcəklər.

Qanunvericilikdəki dəyişiklik iki il ərzində qüvvəyə minəcək. Marixuananın istehsalı və paylaşdırılması isə xüsusi yaradılmış agentlik vasitəsi ilə tənzimlənəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri