12 
Avq
2019
12:46
236
31
4595
Virtual karabakh

Hulusi Akar S-400-lərdən danışdı

12 Avq, 2019
12:46
4595

Hulusi Akar S-400-lərdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rəsmi Ankara ilə ABŞ-ın Suriya böhranının həlli ilə bağlı danışıqlar apardığını açıqlayıb.

NTV xəbər verir ki, Hulusi Akar Türkiyə və ABŞ-ın birgə hərəkat mərkəzinin yaxın zamanlarda qurulacağını bildirib.

“Bizim B və C planlarımız hazırdır, bununla bağlı addımlar atacağıq”, - deyə H.Akar əlavə edib.

Nazir Suriyada “sülh dəhlizi”nin eninin 30-40 kilometr olmasının vacibliyini vurğulayıb.

O, Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci batareyasının yerləşdirilməsi üçün məkanların seçilməsi istiqamətində işlərin görüldüyünü də diqqətə çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri