16 
Avq
2019
16:34
269
28
2509
Virtual karabakh

Makqreqoru müştəriyə hücum etdiyi bara buraxmırlar

16 Avq, 2019
16:34
2509

Makqreqoru müştəriyə hücum etdiyi bara buraxmırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarışıq idman növləri (MMA) üzrə döyüşçü, irlandiyalı Konor Makqreqorun Dublində bar müştərilərindən birinə hücumu ilə bağlı hadisənin təfərrüatı məlum olub.

Bu barədə "The Irish Sun" yazır.

Məlumata əsasən, 30 yaşlı idmançı həbs olunmayıb. Zərərçəkən isə məhkəməyə müraciət edib. İndi Makqreqor törətdiyi əmələ görə məhkəmə qarşısında cavab verməli olacaq.

Nəşrin bildirdiyinə görə, hazırda Makqreqoru onun "Proper Twelve" viskisini içmək istəməyən müştəriyə hücum etdiyi bara buraxmırlar. Barın daimi müştəriləri idmançının bu hərəkətini pisləyir, iyrənc adlandırırlar.

Makqreqorun müştəriyə hücumunun görüntüləri 15 avqust tarixində internetdə dərc olunub. Hadisənin özü isə apreldə baş verib.

Xatırladaq ki, mart ayında idmançı onun şəklini çəkməyə çalışan fanatın telefonunu sındırıb. Tərəflər məsələni məhkəmədən kənar həll edə biliblər.

Qeyd edək ki, Makqreqor iki fərqli çəki kateqoriyasında UFC çempionudur. O, 21 dəfə qələbə çalıb, dörd dəfə məğlub olub. 2018-ci ilin oktyabrında baş tutmuş son döyüşdə o, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədova uduzub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri