18 
Avq
2019
08:25
61
185
3045
Virtual karabakh

ABŞ-da təyyarə evin üstünə düşdü: Ölən və yaralananlar var - YENİLƏNİB

18 Avq, 2019
08:25
3045

ABŞ-da təyyarə evin üstünə düşdü: Ölən və yaralananlar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Pokipsi (Nyu-York) şəhəri yaxınlığında yaşayış evinə düşən “Cessna 303” təyyarəsinin göyərtəsində olan üç nəfərdən biri həlak olub, digər iki nəfər isə sağ qalıb.

Bu barədə ABC telekanalının yerli filialı polis və ABŞ Federal Aviasiya İdarəsinə (FAİ) istinadən məlumat verib. 

Təyyarə düşdükdən sonra evdə yanğın başlayıb. Hadisə zamanı evdə üç nəfər: kişi və iki qadın olub. Qadınlardan biri ağır xəsarətlər alıb.

02:47

ABŞ-ın Pokipsa (Nyu-York ştatı) şəhərinin yaxınlığında göyərtəsində üç nəfər olan kiçik ölçülü “Cessna 303” təyyarəsi şənbə günü yaşayış evinin üstünə düşüb. 

Bu barədə ABC telekanalının yerli filialı ABŞ Federal Aviasiya İdarəsinə (FAİ) istinadən məlumat verib.

Təyyarə ştatın cənub hissəsindəki kiçik hava limanından havaya qalxıb. O, Pokipsa yaxınlığında yerə enməli idi. 

Göyərtədə olan insanların, eləcə də evdə xəsarət alanların taleyi barədə hələlik məlumat daxil olmayıb.

FAİ hadisə ilə bağlı araşdırma aparır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri