18 
Avq
2019
05:34
56
37
5560
Virtual karabakh

Krımda unikal sarkofaq tapıldı

18 Avq, 2019
05:34
5560

Krımda unikal sarkofaq tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kerçdəki antik Mirmekiy şəhərində aparılan qazıntılar zamanı arxeoloqlar unikal boş sarkofaq kəşf ediblər. 

Rus mətbuatının xəbərinə əsasən, bu barədə Dövlət Ermitajının Mirmekiy ekspedisiyasının rəisi Aleksandr Butyaqin məlumat verib.

“Tərəfimizdən qeyri-adi, sirli sərdabə aşkar edilib. Onun unikallığı ondan ibarətdir ki, tez-tez qarşılaşdığımız kimi plitələrdən yox, iri daş parçadan yonulub. Bu, əsl daş sarkofaqdır. O dövr üçün isə qeyri-adi sayılır”, - dey Butyaqin deyib.

O, qeyd edib ki, sarkofaqın kiçik ölçüsü körpə uşağın dəfn edilməsindən xəbər verir. Amma alimlər sarkofaqı açanda içinin boş olduğunu görüblər.

“Ehtimal edirik ki, bu sarkofaqa ölmüş, sonradan yandırılmış insanın külü tökülüb. Bir başqa versiya görə  isə sərdabə ölkədən kənarda dünyasını dəyişən insanın xatirəsi üçün tikilib”, - deyə arxeoloq əlavə edib.

Qeyd edək ki, sərdabə eramızın VI əsrinin ikinci yarısına aiddir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri