19 
Avq
2019
01:03
83
159
4654
Virtual karabakh

ABŞ dünyanın ən böyük adasını almaq istəyir

19 Avq, 2019
01:03
4654

ABŞ dünyanın ən böyük adasını almaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ dünyanın ən böyük adası – Qrenlandiyanı almaq istəyir.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə əsas məsləhətçisi Larri Kudlou da təsdiqləyib.

Ancaq adanın məxsus olduğu Danimarka hökuməti belə bir məsələnin müzakirə olunmadığını bildirib.

“Qrenlandiya Danimarkaya məxsusdur. Danimarka da bizim müttəfiqimizdir. Sadəcə onu bildirirəm ki, daşınmaz əmlak alqı-satqısından anlayışı olan prezident bu məsələni dəqiqləşdirmək istəyir”, - deyə Kudlou qeyd edib.

Qeyd edək ki, cümə günü Qrenlandiyanın Xarici İşlər Nazirliyi adanın biznes və turizm üçün açıq olduğunu, ancaq satılmadığını elan edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri