21 
Avq
2019
01:32
60
25
1955
Virtual karabakh

G7 sammiti zamanı polisə hücum hazırlamaqda şübhəli bilinənlər saxlanıldı

21 Avq, 2019
01:32
1955

G7 sammiti zamanı polisə hücum hazırlamaqda şübhəli bilinənlər saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa hüquq-mühafizə orqanları Biarritsdə G7 sammiti zamanı polisin qalmalı olduğu hotelə hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri saxlayıblar.

TASS xəbər verir ki, bazar ertəsi Turda (Endr və Luara departamenti) və Kapbretonda (Land departamenti) 24-45 yaşlarında dörd kişi və bir qadın saxlanılıb. Şübhəlilər sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının, xüsusilə Land Departamentində yerləşmələrini müzakirə ediblər. Belə ki, onlar "hotelin yandırılması" versiyasını nəzərdən keçirirmişlər.

G7 sammiti avqustun 24-dən 26-dək Fransanın cənub-qərbindəki Biarrits şəhərində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri