23 
Avq
2019
01:35
172
55
3568
Virtual karabakh

Trampı dəstəkləyən gözəlin tacını əlindən aldılar

23 Avq, 2019
01:35
3568

Trampı dəstəkləyən gözəlin tacını əlindən aldılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gözəllik müsabiqəsinin qalibi olan model Keti Uilyamsın "Miss Nevada" titulunu əlindən alıblar. 

Rus mətbuatının yazdığına görə, səbəb onun sosial şəbəkələrdə sağ yönümlü paylaşımlar etməsidir. 

Ketini "Miss Amerika" müsabiqəsindən uzaqlaşdırıblar. 

Müsabiqə bitdikdən sonra 29 yaşlı gözəl Nevada ştatının qalibinə aid rəsmi səhifədə bir neçə siyasi məzmunlu paylaşım edib. Uilyams Trampla həmrəylik nümayiş etdirib, antifaşist hərəkatını terrorizm adlandırıb və feministləri tənqid edib. Nəticədə o, titulu ilə vidalaşmalı olub.

Model özü təşkilatçıların qərarını belə şərh edib:  "Anlamıram, insanı mühafizəkar fikirlərinə görə necə senzuraya məruz qoymaq olar. Liberal olsam, heç bir problem çıxmayacaqdı". 

Təşkilatçıların fikrincə, iştirakçılar siyasətə qarışmamalıdırlar, Uilyams isə fikirlərini özünün şəxsi səhifəsində ifadə edə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri