24 
Avq
2019
19:59
74
40
3766
Virtual karabakh

Məşhur teleaparıcı kraliçanın pəhriz sirrini açdı

24 Avq, 2019
19:59
3766

Məşhur teleaparıcı kraliçanın pəhriz sirrini açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış teleaparıcı Ceremi Klarkson Böyük Britaniyanın kraliçası II Yelizavetanın pəhrizi sayəsində arıqlamasından danışıb.

Rusiya mətbuatının verdiyi xəbərə görə, əvvəllər ağır siqaretlər çəkən və zərərli yeməkləri sevən Klarkson qəfildən həyat tərzini dəyişdirməyə qərar verib. Teleaparıcı kral ailəsinin yanaşmasını seçdiyini söyləyib. Onun sözlərinə görə, II Yelizaveta idmanla məşğul olmur və onun pəhrizi az miqdarda yeməyə əsaslanır.

Klarkson deyib: "Bu gün naharda salat yedim və su içdim. Böyük Britaniya Kraliçasının 93 yaşı var və özünü yaxşı hiss edir. Bildiyimə görə, o kiçik porsiyalarla yeyir. Adətən o, bir az banan və bir dəstə kahı yeyir".

Jurnalist pivə içmədiyini də etiraf edib. Onun sözlərinə görə, pivə çoxdan kişi içkisi olmaqdan çıxıb. Ancaq teleaparıcı arada bir qədəh şəraba da yox demir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri