Sen
2019
07:07
190
114
2915
Virtual karabakh

İrana qarşı yeni sanksiyalar tətbiq olundu

4 Sen, 2019
07:07
2915

İrana qarşı yeni sanksiyalar tətbiq olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ İran İslam Respublikasının Kosmik Agentliyinə qarşı sanksiya tətbiq edib.

"RİA Novosti" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sanksiyalar Astronavtika Araşdırma İnstitutu, Kosmik Agentlik və İran Kosmik Tədqiqatlar Mərkəzinə qarşı tətbiq ediləcək.

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Britaniya hərbçiləri tərəfindən saxlanılan İranın "Adrian Darya 1" tankerinə qarşı sanksiya tətbiq edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri