Sen
2019
12:55
71
193
5440
Virtual karabakh

Patruşev Bakıda Usubovla görüşdü - Danışıqların detalları

4 Sen, 2019
12:55
5440

Patruşev Bakıda Usubovla görüşdü - Danışıqların detalları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev azərbaycanlı həmkarı Ramil Usubovla görüşüb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətindən bildirilib.

Bildirilir ki, N.Patruşev Bakıda aparılan danışıqlar zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.

O, öncə Ramil Usubovu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və iki ölkə arasında əməkdaşlığın davam edəcəyinə dair əminliyini bildirib.

Patruşev iqtisadi və humanitar əməkdaşlığın yüksək tempini qeyd edərək, Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrin reallaşmasının və hərbi-texniki əməkdaşlığın sonrakı inkişafının əhəmiyyətini vurğulayıb.

Həmçinin danışıqlar zamanı terror və ekstremizmlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşməsinə, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri