22 
Sen
2019
02:28
173
69
9531
Virtual karabakh

“Hilton” hotellərinin sabiq sahibi öldü - FOTO

22 Sen, 2019
02:28
9531

“Hilton” hotellərinin sabiq sahibi öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hilton” hotel biznesinin sabiq sahibi Barron Hilton sentyabrın 19-da ABŞ-da vəfat edib. 

CNN-nin verdiyi məlumata əsasən, 91 yaşlı  Hilton Los-Ancelesdəki evində təbii səbəblərdən dünyasını dəyişib.

Qeyd edək ki, o, 30 il ərzində “Hilton Hotels Corporation”un baş direktoru vəzifəsində çalışıb.

“Bloomberg Billionaires Index” in məlumatına görə, şirkətin xalis dəyəri 1,25 milyard dollar səviyyəsində qiymətləndirilir.

İş adamının nəvəsi, məşhur müğənni Paris Hilton özünün “twitter” səhifəsində başsağlığı verərək, babasının gözəl bir insan olduğunu qeyd edib.

Ümumilikdə, Barron Hiltonun səkkiz uşağı, 15 nəvəsi və dörd nəticəsi var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri